SON XƏBƏRLƏR

Azərbaycanlı vəkilin məhkəməsi olacaq

2025.11.17, 17:00
Azərbaycanlı vəkilin məhkəməsi olacaq

Sabah Təbrizin İnqilab Məhkəməsində 200 gündən çoxdur həbsdə olan azərbaycanlı vəkil Əbülfəz Rəncbərinin məhkəmə iclası keçiriləcək.

Gunaz.tv

Bununla bağlı insan haqları tışkilatları məlumat yayıb.

Təhlükəsizlik məmurlarının həbs etdiyi Ə.Rəncbəri, bundan əvvəl "hökumətə qarşı təbliğat"da günahlandırılsa da, sonradan ona qarşı "casusluq" itthamı irəli sürülüb.

Universitet müəllimi və İran-İraq müharibəsinin veteranı olan hüquqşünasın işi əvvəlcə İstintaq İdarəsinin 10-cu şöbəsi tərəfindən araşdırılıb və müstəntiq sübutların olmaması səbəbindən ittihamları ləğv etməyi düşünüb. Ancaq təhlükəsizlik orqanlarının təzyiqi altında iş qanunsuz olaraq İstintaq İdarəsinin 15-ci şöbəsinə verilib.

1969-cu ildə anadan olan Əbulfəz Rəncəbri , ümumi hüququ üzrə doktorluq dərəcəsinə malikdir və uzun illər Təbriz universitetlərində ümumi hüquq və əmək hüququ fənlərini tədris edib. 

“Əmək Hüququ” və “Maliyyə Hüququ və Dövlət Maliyyəsi” kitablarının müəllifi olan azərbaycanlı vəkil, insan haqları ilə bağlı fəaliyyətləri ilə də tanınır.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar