SON XƏBƏRLƏR

İranda Suriya əleyhinə yeni təbliğat- Uyğurlar...

2025.11.18, 16:56
İranda Suriya əleyhinə yeni təbliğat- Uyğurlar...

Son vaxtlar İran mediası və hökumətə bağlı sosial şəbəkə kanallarında Suriya hökumətinə qarşı təbliğat genişlənib.

Gunaz.tv

Bu, Suriya prezidenti Əhməd əş-Şaraanın ABŞ-a səfərindən sonra dahada artıb.

İran mediasının iddiasına görə, Suriya hökuməti uyğur hərbçiləri Çin dövlətinə təhvil verir.

Bu, Fransa xəbər agentliyinin məsələ ilə bağlı yaydığı iddiadan sonraya təsadüf edir.

Tehranın nzarətində olan kanalların iddiasına görə, Suriyanın xarici işlər naziri Əsaad Həsən əl-Şeybani Pekinə səfərində uyğurların geri qaytarılması barəsində danışıq aparıb.

Suriya Xarici İşlər Nazirliyi isə yaydığı bəyanatda səsləndirilən iddiaları qəti şəkildə təkzib edib:

"Şeybaninin Pekinə səfərində döyüşçülərlə bağlı heç bir müzakirə aparılmayıb və bu haqda yayılan məlumat tamamilə əsassızdır".

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar