SON XƏBƏRLƏR

İranda minlərlə məscid bağlanıb

2025.11.19, 15:53
İranda minlərlə məscid bağlanıb

İranda hökumətin ideoloji təbliğatının genişlənməsi və bunun üçün hər il ayrılan büdcənin artırılmasına baxmayaraq minlərlə məscid fəaliyyətsiz qalıb.

Gunaz.tv

Bu haqda beynəlxalq Şəhidlərin Səsi Təşkilatı (VOM) məlumat yayıb.

Məlumata görə, hazırda İranda mövcud olan 75 min məscidin 50 mini fəaliyyət göstərmir.

Bununla yanaşı ölkə vətəndaşları arasında dinini dəyişmək və xristiyanlığı qəbul etmək hallarının da kəskin artdığı bildirilibb.

Beynəlxalq təşkilatın iddiasına əsasən, hazırda İranda xristiyanlığı qəbul edən müsəlmanların sayı 1 milyona çatıb.

Bu isə daha çox insanların molla hakimiyyətinin islam dinindən siyasi vasitə kimi istifadə etməsinə etiraz olaraq baş verir.

Qeyd edək ki, bundan əvvəl İran Ekspertlər Məclisinin nümayəndəsi Ayətullah Cəfər Sübhani də İranda 50 min məscidin istifadəsiz qaldığını, yeniyetmə və gənclərin dini təhsilə maraq göstərmədiyini barədə bəyanatla çıxış edib.

GünazTV

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar