SON XƏBƏRLƏR

Yenidən Pezeşkianın istefa xəbəri yayıldı- Müavini açıqlama verdi

2025.11.22, 13:29
Yenidən Pezeşkianın istefa xəbəri yayıldı- Müavini açıqlama verdi

İranın bir sıra media orqanları və sosial media şəbəkəsində ölkə prezidenti Məsud Pezeşkianın istefa ərizəsi yazdığı barədə məlumatlar yayılıb.

Gunaz.tv

Məsələ ilə bağlı onun müavini və Prezident Aparatı Administrasiyasının rəhbəri Məhəmməd Cəfər Qaempənah açıqlama verib.

Yayılan xəbərlərin şayiə olduğunu deyən Qaempənah, Məsud Pezeşkianın istefa vermədiyini və vəzifələrini bundan əvvəl də olduğu kimi yerinə yetirdiyini bildirib.

"Biz söyüş eşitsək də dayanmışıq və işimizi davam etdiririk",- prezidentin müavini əlavə edib.

Xatırladaq ki, bundan əvvəl də Məsud Pezeşkianın istefa vermək istəiyi ancaq ölkə rəhbəri Əli Xaməneinin bununla razılaşmadığı barədə məlumatlar yayılıb.

Qeyd edək ki, İran prezidenti seçki qabağı təbliğat çıxışlarında verdiyi vədləri yerinə yetirə bilməyəcəyi tqdirdə istefa verəcəyini bildirmşdi.

Qərblə münasibətlərin yaxşılaşdırılması, ölkə iqtisadiyyatının dirçəldilməsi, məcburi hicab qaydalarının və sosial mediaya məhdudiyyətlərin ləğvi, su böhranının və Urmu gölü probleminin həlli Pezeşkianın həllinə söz verdiyi əsas vədlər idi.

GünazTV

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar