SON XƏBƏRLƏR

Düşmən rəhbəri aradan götürmək istəyir - ٍXətib

2025.11.24, 11:46
Düşmən rəhbəri aradan götürmək istəyir - ٍXətib

İran kəşfiyyat və təhlükəsizlik (ETTELAAT) naziri İsmayıl Xətib Amerika və İsrail də daxil olmaqla "xarici düşmənlərin" Əli Xaməneiyə qarşı və İranda sabitliyi pozmağa yönəlmiş səylər barədə xəbərdarlıq edib.

Gunaz.tv

Bu haqda İranın rəsmi dövlət mediası məlumat yayıb.

"Düşmən rəhbərliyi bəzən sui-qəsdlərlə, bəzən də şəxsiyyət terroru ilə hədəf almağa çalışır",- nazir deyib.

Qeyd edək ki, İran rəsmiləri tez-tez xarici güclərin sui-qəsdlərindən danışsalar da, Xaməneinin həyatına qarşı təhdidlər məsələsi iyun ayında İsrailin İrana hücumu zamanı gündəmə gəlib.

İsrail və Amerika isə 12 günlük müharibə və ondan sonrakı həftələr ərzində bunkerdə gizlənən Əli Xaməneini öldürək planlarının olmadığını bildiriblər.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar