SON XƏBƏRLƏR

Hava çirkliliyinə görə Şərqi Azərbaycanda tətil elan edildi

2025.11.25, 11:46
Hava çirkliliyinə görə Şərqi Azərbaycanda tətil elan edildi

Hava çirkliliyi səbəbindən bu gün və sabah Şərqi Azərbaycanın bir neçə şəhərində təhsil ocaqları və dövlət idarələri tətil elan edilib.

Gunaz.tv

Bu haqda Şərqi Azərbaycan valiliyi məlumat yayıb.

Məlumata görə, noyabrın 25 və 26-da Təbriz, Üskü, Azərşəhr, Əcəbşir, Binab, Şəbüstər, Məlikan, Leylan və Mərənd şəhərlərində məktəblər, universitetlər və idarələr fəaliyyətini dayandıracaq.

Dünənə olan məlumata görə, Təbrizdə hava çirkliliyinin səviyyəsi 235 mikroqram/kubmetr olmaqla bütün yaş qrupları üçün təhlükəlidir. 

Bununla yanaşı hava çirkliliyi səbəbindən Qərbi Azərbaycan əyalətinin də Soyuqbulaq (Mahabad) şəhərində tətil elan edilib, 10 şəhərdə isə məktəblər, universitetlər və dövlət idarələrinin iş saatı azaldılıb. tətil elan edilib, 

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar