SON XƏBƏRLƏR

Makron: Gənclərimizin Ukraynaya göndəriləcəyi barədə yanlış fikirləri aradan qaldırmalıyıq

2025.11.25, 12:17
Makron: Gənclərimizin Ukraynaya göndəriləcəyi barədə yanlış fikirləri aradan qaldırmalıyıq

Fransa Ukrayna müharibəsində heç vaxt ön cəbhədə olmağı planlaşdırmayıb.

Gunaz.tv

Bunu Fransa Prezidenti Emmanuel Makron “RTL”ə müsahibəsində deyib.

“Əsas təhlükəsizlik zəmanəti güclü Ukrayna ordusudur. Sülh razılaşması imzalandıqdan sonra Ukraynaya zəmanətçi qüvvələr göndəriləcək. Amma biz heç vaxt ön cəbhədə olmağı planlaşdırmamışıq. Biz gənclərimizin Ukraynaya göndəriləcəyi barədə formalaşan yanlış fikirləri aradan qaldırmalıyıq”, - Makron bildirib.

Fransa lideri Amerika tərəfindən hazırlanan sülh planına Kiyev tərəfindən düzəlişlər edilməsini də məntiqli hesab edir.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar