SON XƏBƏRLƏR

Makron: Rusiya Avropa ilə strateji qarşıdurma aparır

2025.11.25, 14:19
Makron: Rusiya Avropa ilə strateji qarşıdurma aparır

Fransa Prezidenti Emmanuel Makron bəyan edib ki, Rusiya Avropa ilə strateji qarşıdurma aparır və bunu "hibrid" olaraq xarakterizə edib.

Gunaz.tv

Günaz TV "Report"a istinadən xəbər verir ki, o bu barədə "RTL" radiostansiyasına danışıb.

Makronun sözlərinə görə, Moskvanın fəaliyyətinə informasiya sahəsində təxribatlar, kiber hücumlar, tibbi və informasiya obyektlərinə zərbələr, eləcə də sabitliyi pozmaq üçün dronlar və miqrasiya axınlarından istifadə daxildir.

O vurğulayıb ki, bu tədbirlər Avropa ölkələrinin mənəvi ruhunu sarsıtmağa yönəlib və Rusiyanın Ukraynada hərbi əməliyyatlarını dəstəkləyir.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar