SON XƏBƏRLƏR

Azərbaycanlı vəkilin üçüncü məhkəməsi olub

2025.11.25, 15:36
Azərbaycanlı vəkilin üçüncü məhkəməsi olub

Təbrizdə yaşayan azərbaycanlı vəkil və universitet müəllimi Əbülfəz Rəncbərinin üçüncü məhkəmə iclası keçirilib.

Gunaz.tv

Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Məlumata görə, Təbrizin İnqilab Məhkəməsinin 3-cü bölməsində keçirilən məhkəmə iclasında bundan əvvəl Rəncbəriyə qarşı çıxarılan "casusluq" ittihamı "yer üzündə fəsad yaymaq" ittihamı ilə dəyişdirilib.

O, bundan əvvəl Azərbaycan Respublikasında elmi konfransda iştirak etdiyinə görə "casusluq"da günahlandırılmışdı.

Bu il mayın 4-də həbs olunan 56 yaşlı Əbülfəz Rəncbəri “Əmək Hüququ” və “Maliyyə Hüququ və "Dövlət Maliyyəsi” kitablarının müəllifidir.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar