Bu haqda Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, filologiya elmləri doktoru, professor Rəhim Əliyev məlumat verib.
Kitabda Əhməd Obalının həyatı, mühacirəti və xaricdəki fəaliyyətləri işıqlandırılıb, onun xaricdə Azərbaycan Respublikası və Güney Azərbaycan həqiqətlərinin tanıtdırılması istiqamətindəki əməyindən bəhs edilib.
Qeyd edək k, Əhməd Obalı 1961-ci il aprelin 1-də Meşkinşəhrdə (Xiyav), fermer ailəsində dünyaya göz açıb. Orta təhsilini Meşkinşəhrdə alan Əhməd Obalı gənc yaşlarından şah rejiminə qarşı olan etiraz aksiyalarında iştirak edib, tələbə hərəkatlarına qoşulub.
İranda Pəhləvi rejimi devrildikdən sonra yeni gələn siyasi-islamçı hökumətə qarşı da siyasi faliyyətini davam etdirən Obalı, 19 yaşında həbs edilib. Ailəsi 53 gün sonra həm təzminat qarşılığında, həm də xəstə anasını görməsi üçün onu həbsdən azad etdirə bilib.
Hökumət onun ölkədən qaçacağı təqdirdə, Obalının qardaşını həbs edəcəyini bildirdiyinə görə, o və qardaşı 1982-ci ildə böyük çətinliklərlə Türkiyəyə, oradan Avropaya və daha sonra isə Amerikaya mühacirət edib.
Hazırda ABŞ-nin Çikako şərində yaşayan Əhməd Obalı 2004-cü ildə GünazTV-ni təsis edib.
GünazTV