SON XƏBƏRLƏR

Kiyevin meri iranlı idmançının müdafiəsi kampaniyasına qoşuldu

2025.11.28, 15:39
Kiyevin meri iranlı idmançının müdafiəsi kampaniyasına qoşuldu

Ukraynanın paytaxtı Kiyev şəhərinin meri və boks üzrə keçmiş dünya çempionu Vitali Kliçko edama məhkum edilmiş iranlı boksçu Məhəmməd Cavad Vəfayi Saninin müdafiəsi üçün dünya idmançıları tərəfindən başladılan kampaniyaya qoşulub.

Gunaz.tv

Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Kliçko, yaydığı məktubda iranlı boksçunun barəsində çıxarılan edam hökmünün ləv edilməsinə çağırıb.

Qeyd edək ki, tanınmış oksçu Məhəmməd Cavad Vəfayi Sani 2019-cü ilin etiraz aksiyalarında saxlanılıb və bir neçə ağır ittihama görə edam cəzasına məhkum edilib.

GünazTV

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar