SON XƏBƏRLƏR

Hava çirkliliyinə görə Şərqi Azərbaycanda məktəblər bağlandı

2025.11.29, 10:19
Hava çirkliliyinə görə Şərqi Azərbaycanda məktəblər bağlandı

Hava çirkliliyi səbəbindən bu gün Şərqi Azərbaycan əyalətinin bir neçə şəhərində məktəblər tətil elan edilib.

Gunaz.tv

Bu haqda Hava Çirklənməsi üzrə Fövqəladə Hallar Komitəsi məlumat yayıb.

Məlumata görə, noyabrın 29-da Təbriz, Üskü, Azərşəhr, Əcəbşir, Binab, Şəbüstər, Məlikan, Leylan, Sofyan, Marağa və Mərənd şəhərlərində məktəblər tətil olacaq.

Qeyd edək ki, hava çirkliliyinin əsas səbəbi istifadəyə yararsız və köhnə avtomobillərin çoxluğu, həmçinin Təbriz İstilik Elektrik Stansiyasında dizel yanacağından istifadə edilməsidir.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar