SON XƏBƏRLƏR

Laricani Fidana görə türkcə paylaşım etdi

2025.12.01, 14:49
Laricani Fidana görə türkcə paylaşım etdi

Türkiyənin xarici işlər naziri Hakan Fidanın İrana səfəri münasibətilə İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani türkcə "xoş gəldin" paylaşımı edib.

Gunaz.tv

Bununla bağlı o özünün X səhifəsində yazıb.

"Öz evinizə xoş gəlmişsiniz! Türkiyə və İran arasında daha çox əməkdaşlığın baş tutacağına ümid edirəm",- Laricani paylaşımında qeyd edib.

Laricani bunu, Hakan Fidan ilə İranın yüksək vəzifəli şəxsləri arasında keçirilən görüşdən sonra yazılıb.

İran dövlət mediasının məlumatına görə, bu səfər zamanı Türkiyə xarici işlər naziri İranın prezidenti, xarici işlər naziri və bir neçə təhlükəsizlik və siyasi rəsmisi ilə görüşüb və danışıqların əsas mövzusunun "ikitərəfli münasibətlər, təhlükəsizlik məsələləri və regional inkişaflar" olduğunu bildirilib.

Türkiyə xarici işlər naziri Hakan Fidan Tehranda Abbas Əraqçi ilə birgə keçirdiyi mətbuat konfransında bildirib ki, "Ankaranın məqsədi İranın beynəlxalq hüquq çərçivəsində və məsələnin həlli ilə sanksiyalardan azad edilməsi və iqtisadi və digər sahələrdə regional inteqrasiya prosesinin mümkün qədər tez davam etməsidir".

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar