SON XƏBƏRLƏR

Vəziyyəti ağırlaşan məhbus fəal tibb məntəqəsinə köçürülüb

2025.12.01, 20:39
Vəziyyəti ağırlaşan məhbus fəal tibb məntəqəsinə köçürülüb

Tehranın Evin həbsxanasında 35 gündür aclıq aksiyası keçirən milli fəal Vədud Əsədinin vəziyyəti ağırlaşdığı üçün həbsxananın tibb məntəqəsinə köçürülüb.

Gunaz.tv

Bununla bağlı onun yaxınları məlumat yayıb.

Məlumata görə, həbsxana həkimləri məhbusun həyatını xilas etmək və daha ciddi xəsarətlərin qarşısını almaq üçün serum və ampulalar vururblar.

Vədud Əsədi 35, Tahir Nəqəvi isə 36 gün əvvəl barələrində çıxarılan ədalətsiz hökmə və tibbi xidmətdən məhrum edilmələrinə etiraz olaraq aclıq aksiyasına başlayıblar.

Hər iki fəal ötən ilin fevral ayının əvvəllərində Vədus Əsədi Rəşt şəhərində, Tahir Nəqəvi isə Kərəc şəhərində bir neçə başqa fəalla eyni vaxtda həbs edilərək Tehranın Evin həbsxanasına köçürülüblər.

"Milli təhlükəsizliyə qarşı əlbir olmaq", "hökumətə qarşı təbliğat". "rəhbəri təhqir etmək" və "casusluq"da günahlandırılan fəallar uzun müddətli həbs cəzasına məhkum ediliblər.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar