SON XƏBƏRLƏR

Məhbuslar 55 həbsxanasında aclıq aksiyası keçirdilər

2025.12.02, 15:43
Məhbuslar 55 həbsxanasında aclıq aksiyası keçirdilər

Dünən dekabrın 1-i səhər saatlarından başlayaraq İranın 55 həbsxanasında saxlanılan minlərlə məhbus edam hökmlərinin dayandırılması tələbi ilə yenidən aclıq aksiyasına əl atıblar.

Gunaz.tv

Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Bildirilib ki, onlar beynəlxalq ictimaiyyətin və insan haqları müdafə qurumlarının diqqətini ölkədə artan edam cəzalarına cəlb etmək üçün buna əl atıblar.

Aclıq aksiyası 97-ci dəfədir ki, hər həftənin ikinci günündən başlayaraq 24 saat müddətinə keçirilir.

Qeyd edək ki, cari ilin əvvəlindən bu günə kimi İran həbsxanalarında 1300-dən çox məhbus edam edilib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar