SON XƏBƏRLƏR

Radikallar İranda din xadiminin ofisinə hücum etdi

2025.12.03, 11:19
Radikallar İranda din xadiminin ofisinə hücum etdi

Ötən gün hökumətə bağlı radikallar İranın tanınmış tənqidçi din xadimlərindən olan Əbdülrəhim Süleymani Ərdestaninin ofisinə hücum edib, onu ölümlə hədələyiblər.

Gunaz.tv

Ərdestani bu haqda sosial media məlumat və video yayıb.

Hücumçular din xadimini təhqir edib, onu bir daha çıxış edəcəyi təqdirdə ağır cəzalandıracaqları ilə qorxudublar.

Qeyd edək ki, hücum din xadiminin canlı verilişdə çıxış etdiyi zaman baş verib.

Radikallar Əbdülrəhim Süleymani Ərdestaninin şiyələrin ikinci imamı İmam Həsən və peyqəmbərin qızı, Əbitalib oğlu Əlinin həyat yoldaşı Fatimənin həyatı haqqında çıxışına görə qəzəbləniblər.

Ərdestani deyib ki, İmam Həsən ikinci dəfə evləndiyinə görə, birinci yoldaşının qəzəbinə tuş gəlib və onun tərəfindən zəhərlənərək öldürülüb.

Bununla yanaşı, o, Fatimənin barəsində şiyələrin nağıllar uydurduğunu söyləyib, onun ölümünü tarixi həqiqət deyil, əfsanələşdirilmiş dastan adlandırıb.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar