SON XƏBƏRLƏR

Ərəb ölkələri İranı üç adanın işğalına son verməyə çağırdılar

2025.12.04, 16:06
Ərəb ölkələri İranı üç adanın işğalına son verməyə çağırdılar

Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələr İrandan Birləşmiş Ərəb Əmirliklərinə aid olan Böyük Tunb, Kiçik Tunb və Əbu Musa adalarının işğalına son verməsini tələb ediblər.

Gunaz.tv

Bu barədə Körfəz Əməkdaşlıq Şurasına üzv dövlətlərin Bəhreyndə keçirilən iclasnın yekun bəyanatında bildirilib.

Körfəz Əməkdaşlıq Şurasına üzv dövlətlər İranı ya BƏƏ-nin üç adanın mülkiyyəti ilə bağlı mübahisəni birbaşa danışıqlar yolu ilə həll etmək tələblərinə cavab verməyə, ya da məsələni Beynəlxalq Ədalət Məhkəməsinə göndərməyə çağırıblar.

Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) Avropa Birliyinin körfəzdəki üç adanı BƏƏ-nin adlandıran əvvəlki mövqelərinə görə minnətdarlığını bildirib.

Qeyd edək ki, Körfəz Əməkdaşlıq Şurasına Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Küveyt, Bəhreyn və Oman daxildir.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar