SON XƏBƏRLƏR

SEPAH-ın təlimindən sonra ABŞ və İsrail birgə təlimə başladı

2025.12.08, 12:13
SEPAH-ın təlimindən sonra ABŞ və İsrail birgə təlimə başladı

İsrail Hərbi Dəniz Qüvvələri ABŞ Hərbi Dəniz Qüvvələrinin Beşinci Donanması ilə birgə hərbi təlim keçiriblər.

Gunaz.tv

Bu haqda İsrail Ordusu məlumat yayıb.

Məlumatda, təlim dekabrın 7-də başlandığı və bir həftə davam edəcəyini bildirilib. 

Bildirilib ki, təlimin məqsədi əməliyyat koordinasiyasını, regional təhdidlərə cavab vermək qabiliyyətini artırmaq və iki tərəf arasında dəniz əməkdaşlığını gücləndirməkdir.

İsrail Hərbi Dəniz Qüvvələri Komandanlığı təlimlərin ABŞ ilə illik əməkdaşlıq çərçivəsinin bir hissəsi olduğunu və qüvvələrin əməliyyat hazırlığının qorunmasında mühüm rol oynadığını bildirib.

Qeyd edək ki, ötən həftə SEPAH-ın Hərbi Dəniz Qüvvələri Oman dənizindəki Hörmüz boğazında iki günlük dəniz təlimi keçirib.

Bəzi ekspertlər hərbi dəniz təlimlərinin İsraillə İran arasında ehtimal olunan növbəti qarşılaşmaya hazırlıq kimi dəyərləndirirlər.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar