Bu haqda Körfəz Əməkdaşlıq Şurasının baş katibi Casim Əl-Bədəvi bildirib.
O, Tehran rəsmilərinin açıqlamalarıı yalan, əsassız və qəbuledilməz iddialar adlandırıb.
Körfəz Əməkdaşlıq Şurasının baş katibi bu açıqlamaların ölkələrin daxili işlərinə müdaxilə etməmək prinsipi ilə ziddiyyət təşkil etdiyini bildirib. O, əlavə edib ki, İran Qətərin suverenliyini və müstəqilliyini pozmaqla mehriban qonşuluq prinsipini də pozub. Əl-Bədəvi İran rəsmilərinin açıqlamalarının Körfəz Əməkdaşlıq Şurası ölkələrinin İranla müxtəlif səviyyələrdə münasibətləri gücləndirmək üçün davamlı səyləri ilə uyğun olmadığını söyləyib.
Körfəz Əməkdaşlıq Şurası BMT Nizamnaməsində təsbit olunmuş prinsiplərə və beynəlxalq hüquq qaydalarına, o cümlədən mehriban qonşuluq, ölkələrin suverenliyinə hörmət, daxili işlərə müdaxilə etməmək, mübahisələri dinc yolla həll etmək və güc tətbiq etməkdən və ya güc tətbiq etməklə hədələməkdən çəkinmək kimi prinsiplərə riayət etməyin vacibliyini vurğulayıb.
Əl-Bədəvi bildirib ki, KƏŞ üzv dövlətləri həmişə İrana qarşı xoşməramlı olduqlarını göstəriblər və Tehranın təhlükəsizliyinə və sabitliyinə xüsusi diqqət yetiriblər. Bu, İran xalqının maraqlarına hörmətlə yanaşılması və regionun gərginliyin və böhranın eskalasiyasının nəticələrindən uzaq tutulması deməkdir.
Bu kontekstdə o, KƏŞ (Körfəz Əməkdaşlıq Şurası) üzv dövlətlərinin xarici işlər nazirləri ilə İranın xarici işlər naziri Abbas Əraqçi arasında keçirilən birgə görüşlərdə qaldırılan mövzulara toxunub və ortaq maraqların artırılması, təhlükəsizliyin və regional sabitliyin qorunması məqsədilə ikitərəfli danışıqların davam etdirilməsinə çağırıb.
KƏŞ üzv dövlətləri sülhə, birgəyaşayışa, dialoq prosesinə və beynəlxalq münasibətlərdə diplomatik kanallara sadiq olduqlarını vurğulayıblar və İranı etimadı azalda biləcək və ünsiyyəti və anlaşmanı çətinləşdirə biləcək qəbuledilməz iddialar irəli sürməkdən çəkinməyə çağırıblar.
Bir gün Əl-Bədəvi KƏŞ üzv dövlətlərinin Tehranın sabitliyini və rifahını istədiyini və "Tehranın dağılmasını istəmədiyini" bildirmişdi.
GünazTV