SON XƏBƏRLƏR

İran daha bir "İsrail casusu"nu həbs edib

2025.12.09, 10:56
İran daha bir "İsrail casusu"nu həbs edib

İran İslam İnqilab Keşikçiləri Korpusunun (SEPAH) təhlükəsizlik və kəşfiyyat bölməsinin əməkdaşları ikili vətəndaşlığı olan İranəsilli Avropa vətəndaşını "İsrailə casusluq" ittihamına görə həbs ediblər.

Gunaz.tv

Bu barədə İran mediası Alburz əyalətinin baş hakimi Hüseyn Fazili Herikəndiyə istinadən məlumat yayıb.

Herikəndi həbs edilən şəxsin kimliyi barədə açıqlama vermədən, onun İran-İsrail müharibəsinin 4-cü günündə saxlanıldığını deyib.

O, "İsrail casusu"nun iki il müddətinə Avropanın bir neçə şəhəri və İsraildə Mossad zabitləri ilə əlaqədə olduğunu və təlimlər aldığını iddia edib.

Fazilinin sözlərinə görə, təqsirləndirilən şəxsin həbsi zamanı onun üzərindən bəzi "mürəkkəb casusluq əşyaları və avadanlıqları" aşkar edilib. 

Qeyd edək ki, 12 günlük İran-İsrail qarşıdurmasından sonra İranda minlərlə şəxs həbs edilib, onların bəziləri barəsində "İsrailə casusluq" ittihamı irəli sürülüb.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar