SON XƏBƏRLƏR

İran komandasının oyun günü LGBT-yə həsr olunacaq - Tehran etriraz etdi

2025.12.09, 11:39
İran komandasının oyun günü LGBT-yə həsr olunacaq - Tehran etriraz etdi

Dünya Çempionatı 2026-nın püşkatma mərasimindən əvvəl Sietl şəhərinin Təşkilat Komitəsi iyunun 26-na planlaşdırılan turnir matçının LGBT-yə həsr olunacağını elan edib.

Gunaz.tv

Açıqlama verilən zamanı həmin gün hansı komandaların oynayacağı məlum deyildi.

Püşkatma mərasimindən sonra məlum olub ki, həmin gün İran və Misir milliləri Sietldə oynayacaqlar.

Misirdə homoseksual əlaqələr qadağandır. İranda homoseksual münasibətlərə görə ən yüksək cəza ölüm hökmüdür.

Matçın məsləhət komitəsi tədbirin planlaşdırıldığı kimi davam edəcəyini bildirib.

Siyatldə keçirilən LGBT Qürur Paradına məxsus veb sayt və Beynəlxalq Futbol Federasiyası bugünkü matçın LGBT icmasının şərəfinə adlandırılmasının FİFA ilə heç bir əlaqəsi olmadığını və dünya federasiyası tərəfindən təsdiqlənmədiyini vurğulayıb.

İran Futbol Federasiyası isə məsələ ilə bağlı yaydığı bəyanatda homoseksualizm təbliğ olunacağı təqdirdə milli komandanın oyundan çəkiləcəyini açıqlayıb.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar