SON XƏBƏRLƏR

İsrail Ordusu xəbərdarlıq etdi- İran balistik raketlər...

2025.12.09, 16:09
İsrail Ordusu xəbərdarlıq etdi- İran balistik raketlər...

İsrail hərbi rəsmiləri ölkə parlamentindəki (Knesset) qanunvericilərə xəbərdarlıq ediblər ki, İslam Respublikası 12 günlük müharibədən təxminən altı ay sonra ballistik raketlərin genişmiqyaslı istehsalına yenidən başlayıb.

Gunaz.tv

Bu haqda İsrailin "YNET" nəşri məlumat yayıb.

"İsrailin yüksək vəzifəli hərbi nümayəndəsi Knessetin Xarici İşlər və Müdafiə Komitəsinin gizli iclasında İran hökumətinin raket potensialını sürətlə bərpa etdiyini açıqlayıb",- nəşr bildirib.

Bu xəbərdarlıq, Tehranın 5 dekabrda İnqilab Keşikçiləri Korpusunun Fars körfəzində keçirilən böyük dəniz təlimində ballistik və kruiz raketlərindən, eləcə də dronlardan istifadə etdiyini elan etməsindən sonraya təsadüf edir.

Digər tərəfdən, ABŞ və İsrail 7 dekabrda Yaxın Şərqdəki təhdidlərə qarşı mübarizə aparmaq məqsədilə illik birgə dəniz təlimlərinə başlayıblar.

İsrail ordusunun açıqlamasına görə, təlimdə İsrail Hərbi Dəniz Qüvvələri və ABŞ Hərbi Dəniz Qüvvələrinin Beşinci Donanması iştirak edəcək.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar