SON XƏBƏRLƏR

Ərdoğan Türkmənistana səfər edəcək

2025.12.10, 16:00
Ərdoğan Türkmənistana səfər edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkmənistana rəsmi səfər edəcək.

Gunaz.tv

Günaz TV APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.

Ərdoğan Türkmənistanın daimi bitərəflik statusunun 30-cu ildönümü və 2025-ci ilin “Beynəlxalq Sülh və Təhlükəsizlik İli” elan edilməsi münasibətilə keçiriləcək “Beynəlxalq Sülh və Təhlükəsizlik Forumu”nda iştirak etmək üçün 2025-ci il 11–12 dekabr tarixlərində Türkmənistana səfər edəcək.

Səfər zamanı Prezident Ərdoğanın forumda çıxış edəcəyi və tədbirdə iştirak edən dövlət və hökumət başçıları ilə bir sıra ikitərəfli görüşlər keçirəcəyi gözlənilir.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar