SON XƏBƏRLƏR

Human Rights Watch: Bəhailərə qarşı təzyiqlər artıb 

2025.12.11, 10:59
Human Rights Watch: Bəhailərə qarşı təzyiqlər artıb 

12 günlük İran-İsrail müharibəsindən sonra İranın müxtəlif bölgələeində 750 bəhai həbs edilib, dindirilib və başqa üsullarla təzyiqlərə məurz qalıb.

Gunaz.tv

Bu hqda Human Rights Watch və Beynəlxalq Bəhai İcmasının bu gün yaydıqları birgə bəyantda bildirilib.

"Qeyd olunan müddət ərzində 200 bəhainin evi və iş yerinə hücum edilib, yüzlərlə bəhai dindirilib və 110 bəhai isə həbs edilib. Bununlada bəhailərə qarşı repressiya ötən ilin eyni dövrü ilə müqayisədə 3 dəfə artıb",- bəyanatda vurğulanıb.

Qeyd edək ki, hazırda İranda 300 mindən çox bəhai yaşasa da, İran Konstitusiyası bəhai təriqətini rəsmən tanımır.

İran Mədəni İnqilab Ali Şurasının qərarına əsasən bəhai təriqətinə mənsub olanlar ölkədə ikinci dərəcəli vətəndaş saylırlar.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar