SON XƏBƏRLƏR

Makron uşaqların və yeniyetmələrin sosial şəbəkələrə girişini məhdudlaşdırmaq niyyətindədir

2025.12.11, 11:04
Makron uşaqların və yeniyetmələrin sosial şəbəkələrə girişini məhdudlaşdırmaq niyyətindədir

Fransa Prezidenti Emmanuel Makron ölkədə 15–16 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsinin qadağan edilməsinin vacib olduğunu bildirib.

Gunaz.tv

Günaz TV APA-ya istinadən xəbər verir ki, bu barədə "Le Figaro" məlumat yayıb.

Prezidentin sözlərinə görə, bütün sosial şəbəkələrdə istifadəçilərin yaşının yoxlanılması məcburi olacaq və aşağı yaş həddi 15–16 yaş səviyyəsində müəyyən ediləcək.

Bu yaşdan kiçik uşaqlar və yeniyetmələrin sosial şəbəkələrə daxil olması qadağan ediləcək.

Makron əlavə edib ki, hökumət müvafiq qanun layihəsini gələn ilin əvvəlində təqdim edəcək və o, bu layihənin 2027-ci ildə prezidentlik müddəti başa çatana qədər qəbul olunmasına nail olmaq niyyətindədir.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar