SON XƏBƏRLƏR

Vədud Əəsdinin ailəsinə təzyiqlər davam edir

2025.12.11, 13:06
Vədud Əəsdinin ailəsinə təzyiqlər davam edir

Vədud Əəsdinin həyat yoldaşına və ailəsinə təzyiqlər davam edir.

Gunaz.tv

Bu barədə Vədud Əsədinin həyat yoldaşı Zəhra Purasəd sosial media paylaşımında məlumat verib.

Rəşt Şəhər Şurasının keçmiş üzvü xanım Purasədin sözlərinə görə, təhlükəsizlik orqanları ilə keçirdiyi görüşlərdə təhlükəsizlik əməkdaşları ona Vədud Əsədini aclıq eyləmini dayandırmasına görə razı salması üçün təzyiq göstəriblər.

Vədud Əsədinin əmisinin evində keçirilən bu qeyri-rəsmi görüşdə təhlükəsizlik əməkdaşları Vədud Əsədi fəaliyyətini dayandıracağı təqdirdə onun Rəşt məhkəməsindəki işinin bağlanacağını və azad ediləcəyini vəd ediblər.

Zəhra Purasəd xanım sosial media paylaşımında vurğulayıb ki, Vədud Əsədinin keçirdiyi aclıq eyləmi onun öz maraqlarının təmin olunması üçün yox, haqsızlığa uğrayan hər kəs üçündür. O, sövdələşmə yolu ilə azadlığı qəbul etməyəcək.

Bundan başqa, Zəhra Purasəd xanım təhlükəsizlik işçilərinin Azərbaycanlı vəkil və fəal Tahir Nəqəvinin evinə son basqını və həyat yoldaşının həbsi məsələsinə toxunaraq artıq heç bir təhdid qarşısında susmayacağını bəyan edib.

 

Ş.A.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar