SON XƏBƏRLƏR

Soyuqbulaqda tarixi əsər aşkarlandı

2025.12.11, 16:06
Soyuqbulaqda tarixi əsər aşkarlandı

Yağan güclü yağışlardan sonra Qərbi Azərbaycan əyalətinin Soyuqbulaq (Mahabad) bölgəsində Parfiya dövrünə aid tarixi qəbristanlıq aşkarlanıb.

Gunaz.tv

Bu haqda Soyuqbulaq rayonunun Mədəni İrs, Əl İşləri və Turizm Departamentinin müdiri Vahid Colani məlumat yayıb.

Onun sözlərinə görə, tarixi qəbristanlığın aşkarlanmasından sonra bölgəyə tarixi əsər qaçaqmalçılarının axını başlayıb:

"Bunun qarşısını almaq üçün tədbirlər görülsə də, bölgənin araşdırılması üçün vəsait ayrılmalı və tarixi qəbristanlığın mühafizəsi təşkil olunmalıdır".

Qeyd edək ki, Soyuqbulaq mahalı Azərbaycanın tarixi əsərlərlə zəngin bölgələrindən biri sayılır və burada olan tarixi əsərlərin 94-ü İranın milli əsərləri siyahısında qeydə alınıb.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar