SON XƏBƏRLƏR

İran neft tankerini ələ keçirib

2025.12.13, 14:00
İran neft tankerini ələ keçirib

İran Oman dənizindəki Qərbi Cask bölgəsində "altı milyon litr qaçaqmal yanacaq daşımaqda" ittiham olunan xarici tanker gəmisinin ələ keçirildiyini elan etdi.

Gunaz.tv

Bu haqda Hörmüzqan əyalətinin Baş Hakimi Müctəba Qəhrəmani bildirib.

"Bu xarici tankerin kapitanı və heyəti də daxil olmaqla 18 təqsirləndirilən şəxs istintaq prosesini başa çatdırmaq və qanuni prosedurlara əməl etmək üçün müvafiq əmr verdikdən sonra nəzarət altına alınıb",- məlumatda deyilir.

Onun sözlərinə görə, mühasirəyə alınan tanker, məmurların dayanıb əmrinə məhəl qoymayıb.

"Naviqasiya sənədlərinin, yanacaq yükü sənədlərinin olmaması, radarın söndürülməsi və gəminin avadanlıqlarının qəsdən məhv edilməsi də daxil olmaqla çoxsaylı qanun pozuntularına yol verib",- Qəhrmani iddia edib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar