SON XƏBƏRLƏR

Kirmanda silahlı qarşıdurma- Ölənlər var

2025.12.16, 10:33
Kirmanda silahlı qarşıdurma- Ölənlər var

Ötən gecə İranın Kirman əyalətinin  Fəhrəc şəhərinin girişindəki nəzarət məntəqəsində silahlı şəxslərlə hökumət məmurları arasında silahlı toqquşma olub.

Gunaz.tv

Bəluc Fəallarının Kampaniyasının bildirdiyinə görə silahlı qarşıdurma nəticəsində iki polis əməkdaşı və iki təhlükəsizlik məmuru həlak olub.

SEPAH-ın yaydığı rəsmi məlumatda isə 3 SEPAH üzvü və bir mülki şəxsin öldüyü iddia olunub.

Yerli şahidlər qarşıdurmanın şiddətli olduğunu bildiriblər, ölənlərlə yanaşı çox sayda məmurun da yaralandığını qeyd ediblər.

Hücumçuların kimliyi məlum deyil və hələlik heç bir təşkilat hücumun məsuliyyətini öz üzərinə götürməyib.

GünazTV

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar