SON XƏBƏRLƏR

İranlı idmançılar Cənubi Koreyada həbs məhkum edildi

2025.12.16, 16:26
İranlı idmançılar Cənubi Koreyada həbs məhkum edildi

Cənubi Koreya məhkəməsi bu ölkədə cinsi təcavüzə görə həbs edilən iki iranlı atlet barəsndə 2 və 4 il həbs cəzası çıxarıb.

Gunaz.tv

Bu barədə "Rokna" xəbər agentliyi Cənubi Koreya mediasına istinadən məlumat yayıb.

Məlumata görə, iyun ayından Cənubi Koreyada eyni ittihama görə həbsdə olan daha iki iranlı sərbəst buraxılıb.

Qeyd edək ki, bu ilin iyun ayının əvvəllərində Asiya çempionatında iştirak etmək üçün Cənubi Koreyaya gedən 4 iranlı atlet 20 yaşlı qadına təcavüz etdikləri üçün saxlanılıblar.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar