SON XƏBƏRLƏR

İranda polis qüvvələrinə hücum edildi

2025.12.17, 10:53
İranda polis qüvvələrinə hücum edildi

Dünən İranın Sistan və Bəlucistan əyalətinin Noşəhr şəhərində silahlı şəxslər polis qüvvələrinə hücum edib.

Gunaz.tv

Bu haqda Bəluc Fəallarının Kampaniyası məlumat yayıb.

Silahlı qarşıdurma nəticəsində bir neçə nəfərin ölüb və yaralandığı bildirilsə də, onların dəqiq sayı barədə açıqlama verilməyib.

Sistan və Bəlucistan əyalətinin Polis İdarəsi məlumatı təsdiqləsə də, hücum zamanı ölü və yaralının olmadığını, naməlum silahlı hücumçuların hadisə yerindən qaçdıqlarını bildirib.

Qeyd edək ki, bu cari həftədə bu qəbildən olan ikinci silahlı hücumdur.

Bundan əvvəl dekabrın 15-də Kirman əyalətinin  Fəhrəc şəhərinin girişindəki nəzarət məntəqəsində silahlı şəxslərlə hökumət məmurlarına hücumu nəticəsində iki polis əməkdaşı və iki təhlükəsizlik məmuru həlak olub.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar