SON XƏBƏRLƏR

Mossad rəhbəri yenidən xəbərdarlıq etdi- Tehrana bunu etməyə icazə verməyəcəyik!

2025.12.17, 11:33
Mossad rəhbəri yenidən xəbərdarlıq etdi- Tehrana bunu etməyə icazə verməyəcəyik!

Nüvə bombası hazırlamağa davam etmək ideyası İslam Respublikası rəsmilərinin zehnində hələ də qalır və İsrail özünü Tehranın nüvə layihəsinin yenidən aktivləşdirilməsinin qarşısını almağa borclu hesab edir.

Gunaz.tv

Bunu Mossad rəhbəri Devid Barnea deyib.

"Ayətullah rejimi gözlənilmədən öz zəifliyini anlamasına baxmayaraq, İslam Respublikası İsraili məhv etmək məqsədindən əl çəkməyib",- o əlavə edib.

Barnea, İslam Respublikasının uranı yüksək səviyyədə zənginləşdirməkdən məqsədinin atom bombası əldə etmək olduğunu və buna nail olmaq üçün dünyanı aldatdığını söyləyib:

"Şərayit yaranan kimi onlar bunu yenidən sürətlə davam edəcəklər. Ancaq biz ABŞ ilə sıx əməkdaşlıq çərçvəsində İranın ölümcül dərəcədə zərər görən nüvə proqramının bir daha fəallaşdırılmamasını təmin emək məsuliyyətimiz var."

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar