SON XƏBƏRLƏR

İran qeyri-sabitlik amilidir- Livan 

2025.12.17, 16:19
İran qeyri-sabitlik amilidir- Livan 

İranla AB-nin danışıqları yalnız nüvə məsələsi və ballistik raketlərlə məhdudlaşmamalıdır və Tehranın regiondakı proksi qrupları məsələsi də gündəmdə olmalıdır.

Gunaz.tv

Bunu Livanın xarici işlər naziri Yusif Raci Brüsseldə 27 üzv dövlətin daxil olduğu Avropa Birliyi Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin səfirləri ilə görüşündə deyib.

O, həmçinin Avropanın diqqətini regiondakı İran silahları məsələsinə yönəltməyə çağırıb və bu məsələnin nəzərdən qaçırılmamalı olduğunu vurğulayıb. Livan xarici işlər naziri AB səfirlərini vəziyyəti yerində qiymətləndirmək üçün Livana səfər etməyə dəvət edib.

Qeyd edək ki, Y.Raci bir neçə gün əvvəl İslam Respublikasının Livanda və regionda rolunu çox mənfi adlandırıb və Tehranın siyasətini regional qeyri-sabitlik amili hesab edib.

O, bu və başqa səbəblərə görə də, iranlı həmkarının İrana səfər təklifini rədd etmişdi.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar