SON XƏBƏRLƏR

BMT İranda insan haqları ilə bağlı qətnamə qəbul edib 

2025.12.19, 13:53
BMT İranda insan haqları ilə bağlı qətnamə qəbul edib 

Dekabrın 18-də BMT Baş Assambleyası İranda insan haqlarının vəziyyəti ilə bağlı illik qətnaməni qəbul edib.

Gunaz.tv

Bu haqda beynəlxalq təşkilatın media orqanında məlumat yayılıb.

 Nyu-Yorkda keçirilən səsvermədə sənəd 78 ölkənin lehinə, 27-nin əleyhinə, 64 ölkənin isə bitərəf qalması ilə təsdiqlənib.

Səsvermənin nəticələri əvvəlki illərlə müqayisədə əsasən iştirak edən ölkələrin tərkibindəki dəyişikliklərlə izah olunur. Ötən il eyni qətnamə 80 lehinə, 27 əleyhinə və 68 bitərəf səslə qəbul olunmuşdu.

Məlumata görə, yalnız az sayda ölkə mövqeyini dəyişib. Konqo Respublikası mənfi səsdən bitərəf mövqeyə keçib, Mavritaniya isə əvvəlki müsbət səsini bitərəf səsə çevirib.

Ötən ay BMT Baş Assambleyasının Üçüncü Komitəsi də qətnaməni 79 lehinə və 28 əleyhinə səslə qəbul etmişdi. Bu il qəbul edilən mətndə edamlar, qadın hüquqları, etirazçıların repressiyası və sərhədlərarası təzyiqlər xüsusi vurğulanıb. 

Qeyd edək ki, cari ildə İran həbsxanalarında 1500-dən çox məhbus edam edilib, insan haqları fallarına qarşı repressiya artıb.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar