SON XƏBƏRLƏR

İran Nətənzin qalıqlarını müşahidəçilərdən gizlətməyə çalışır

2025.12.19, 14:49
İran Nətənzin qalıqlarını müşahidəçilərdən gizlətməyə çalışır

İran hakimiyyəti Nətənz nüvə obyektində anti-dron quruluşunun qalıqları üzərində panellər quraşdırır.

Gunaz.tv

Bunu Beynəlxalq Elm və Təhlükəsizlik İnstitutu paylaşdığı yeni peyk görüntülərinə əsasən bildirib.

İnstitutun dəyərləndirməsinə görə, bu addım məhv edilmiş obyektlərin qalıqlarını müşahidəçilərdən gizlətmək məqsədi daşıyır.

İnstitut Nətənz nüvə kompleksində yerləşən Pilot Yanacaq Zənginləşdirmə Qurğusunda (PFEP) aktivlik əlamətlərinin müşahidə olunduğunu qeyd edib.

"Görülən işlər İranın həmin ərazidə qalıqları kənar müşahidəçilərin diqqətindən uzaqda araşdırmaq niyyətindən xəbər verir",- hesabatda vurğulanıb.

İnstitutun hesablamalarına əsasən, PFEP-də çox güman ki, bir neçə kiloqram yüksək dərəcədə zənginləşdirilmiş uran mövcud olub.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar