SON XƏBƏRLƏR

Pakistanla sərhəddə İranın iki hərbçisi öldü

2025.12.20, 15:43
Pakistanla sərhəddə İranın iki hərbçisi öldü

İranın Sistan-Bəlucistan bölgəsində yol-nəqliyyat hadisəsi nəticəsində iki sərhədçi həyatını itirib.

Gunaz.tv

Bu barədə İran mediası məlumat yayıb.

Bildirilib ki, bölgədəki əlverişsiz hava şəraiti, duman və görüş məsafəsinin azalması səbəbindən sərhəd mühafizəsinə məxsus avtomobil digər bir nəqliyyat vasitəsi ilə toqquşub.

Pakistanla sərhəddə baş verən qəzada rütbələri baş çavuş olan iki sərhədçi həyatını itirib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar