SON XƏBƏRLƏR

Türkiyədə 115 nəfər həbs edidi

2025.12.25, 15:19
Türkiyədə 115 nəfər həbs edidi

Türkiyə hakimiyyəti "İslam Dövləti" (İŞİD) silahlı qruplaşmasına üzv olmaqda şübhəli bilinən 115 nəfəri saxlayıb. 

Gunaz.tv

Bu haqda Türkiyə mediası məlumat yayıb.

Onların Milad və Yeni il bayramlarında hücumlar planlaşdırdığı bildirilir. Məlumatı dekabrın 25-də İstanbul baş prokurorluğu yayıb.

İstanbul polisi İŞİD-in Türkiyədə Milad və Yeni il tədbirlərində qeyri-müsəlman əhaliyə qarşı hücumlar planlaşdırması haqda məlumat əldə edib. Prokurorluq bunu X platformasında paylaşımında yazıb.

Polis İstanbulda 124 yerdə reyd keçirib, axtarılan 137 şübhəlidən 115-ni saxlayıb. Bir neçə tapança və sursatın müsadirə olunduğu bildirilir. Xəbəri "Reuters" yayıb.

GünazTV

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar