SON XƏBƏRLƏR

Əndiryan qızıl mədənində 22 yaşlı gənc həlak oldu

2025.12.25, 15:53
Əndiryan qızıl mədənində 22 yaşlı gənc həlak oldu

Şərqi Azərbaycan əyalətinin Vərziqan bölgəsində yerləşən Əndiryan qızıl mədənində qanunsuz qazıntı aparan 22 yaşlı gənc həlak olub.

Gunaz.tv

Bu haqda yerli media məlumat yayıb.

Məlumata görə, adı açıqlanmayan gənc, mədən tunelində baş verən uçqun nəticəsində həyatını itirib.

Qeyd edək ki, Əndiryan qızıl mədəni istismar üçün xarici şirkətlərə verilib, bölgədə işsizlik və yoxsulluq ucbatından mədənə yaxın yerlərdə qazıntı aparan onlarla şəxs uçqun və tunel qazından zəhərlənərək həyatını itirib.

İranın rəsmi mediası isə qızıl mdənində işə götürülmədikləri üçün məcburiyyətdən tunellərdə qazıntı aparan şəxsləri qaçaqmalçı adlandırır. 

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar