SON XƏBƏRLƏR

Azərbaycanlı məhbus "İsrailə casusluq" ittihamına görə edam ediləcək

2025.12.25, 16:19
Azərbaycanlı məhbus "İsrailə casusluq" ittihamına görə edam ediləcək

Urmu İnqilab Məhkəməsi bu şəhərin həbsxanasında saxlanılan məhbus Yəqub Kərimpur barədə edam hökmü verib.

Gunaz.tv

Bu barədə insan haqları fəalları məlumat yayıb.

Məlumata görə, Qərbi Azərbaycan əyalətinin Qoşaçay şəhərindən olan 1984 təvəllüdlü Kərimpur, 12 günlük İran-İsrail müharibəsi dövründə "İsraillə əməkdaşlıq"da günahlandırılıb.

İnsan haqları təşkilatları Kərimpurun işgəncə edildiyini və 15 dəqiqəlik mühakimədən sonra barəsində edam hökmü çıxarıldığını bildiriblər.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar