SON XƏBƏRLƏR

Əndiryan qızıl mədənində daha bir gənc həyatını itirdi

2025.12.26, 11:49
Əndiryan qızıl mədənində daha bir gənc həyatını itirdi

Şərqi Azərbaycan əyalətinin Vərziqan bölgəsində yerləşən Əndiryan qızıl mədənində qazıntı aparan 18 yaşlı Hüseyn İmani həlak olub.

Gunaz.tv

Bu haqda yerli media məlumat yayıb.

Məlumata görə, Sığay kəndindən olan gənc mədən tunelində baş verən uçqun nəticəsində həyatını itirib.

İki gün əvvəl isə həmin mədəndə oxşar səbəbdən 22 yaşlı başqa gənc həlak olmuşdur.

Qeyd edək ki, Əndiryan qızıl mədəni istismar üçün xarici şirkətlərə verilib, bölgədə işsizlik və yoxsulluq ucbatından mədənə yaxın yerlərdə qazıntı aparan onlarla şəxs uçqun və tunel qazından zəhərlənərək həyatını itirib.

İranın rəsmi mediası isə qızıl mdənində işə götürülmədikləri üçün məcburiyyətdən tunellərdə qazıntı aparan şəxsləri qaçaqmalçı adlandırır. 

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar