SON XƏBƏRLƏR

"Perspolis" klubuna haker hücumu- 100-dən çox sənəd ələ keçirilib

2025.12.27, 12:26
"Perspolis" klubuna haker hücumu- 100-dən çox sənəd ələ keçirilib

Bir haker qrupu Tehranın "Persepolis" FK-ə kiber hücum etdiyini və klubun təxminən 100 vacib müqaviləsi və sənədinin əldə edilərək satışa çıxarıldığını iddia edib.

Gunaz.tv

Bununla bağlı İran mediası məlumat yayıb.

Bildirilib ki, məsələ ilə bağlı klubun iki rəsmisi ilə əlaqə saxlanılsa da, onlar bundan xəbərsiz olduqlarını deyiblər.

"Persepolis"in informasiya texnologiyaları rəsmilərinin bu məsələ ilə bağlı nə deyəcəyi və klubun bəzi sənədlərinin və müqavilələrinin sındırıldığını təsdiqləyib-təsdiqləməyəcəkləri hələlik məlum deyil",- məlumatda əlavə edilib.

GünazTV

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar