SON XƏBƏRLƏR

İranda dollar bahalaşdı- Tehranda etiraz aksiyası keçirildi

2025.12.29, 12:06
İranda dollar bahalaşdı- Tehranda etiraz aksiyası keçirildi

Dolların İran pulu qarşısında yenidən kəskin artmasından sonra Tehranın bir neçə bazarında etiraz aksiyaları keçirilib.

Gunaz.tv

Bu hahqda yerli mənbələr məlumat yayıb.

Məlumata görə, arazılar hökumətin yalış siyasətləri nəticəsində müflis olduqlarını bildirb, sərmayələrinin günü-gündən azaldığını qeyd ediblər.

İş yerlərini bağlayan etirazçılar "qorxmayın biz birlikdəyik", "mağazaları bağlayın" və başqa bu kimi şüarlar səsləndirərək, digər iş adamlarını da tətilə qoşulmağa çağırıblar.

Qeyd edək ki, hazırda Tehranın azad bazarında hər 1 ABŞ dollarının dəyəti 140 min tüməni keçib.

Bundan əvvəl ekspertlər ilin sonuna kimi dolların 135 min tümənə çatacağı barədə xəərdarlıq etsələr də, proses sürətlənib və dolların qiyməti proqnozlaşdırılan təhlükəli həddi də keçib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar