SON XƏBƏRLƏR

Türkiyədə İŞİD-ə qarşı keçirilən əməliyyatda 3 polis şəhid olub

2025.12.29, 13:27
Türkiyədə İŞİD-ə qarşı keçirilən əməliyyatda 3 polis şəhid olub

Türkiyənin Yalova vilayətində İŞİD-ə qarşı əməliyyat zamanı 3 polis əməkdaşı şəhid olub.

Gunaz.tv

Bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya məlumat verib.

Nazir 6 terroristin zərərsizləşdirildiyini bildirib.

Ali Yerlikaya səkkiz polis əməkdaşının və bir mühafizəçinin yaralandığını da əlavə edib.

Qeyd olunub ki, hadisə Yalova ilində baş verib. Belə ki, Elmalık kəndinə gedən yolda yerləşən evdə İŞİD terror təşkilatını hədəf alan əməliyyat keçirilib.

Bursa şəhərindən gələn xüsusi təyinatlı polislərin də dəstəklədiyi əməliyyat bölgədə təhlükəsizlik tədbirləri görülməklə davam edir.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar