SON XƏBƏRLƏR

"Bəsic" üzvləri Həmədanda Quranı yandırıblar

2026.01.02, 11:43
"Bəsic" üzvləri Həmədanda Quranı yandırıblar

İranda keçirilən etiraz aksiyalarının davamında yanvarın 1-i axşam saatlarında Həmədan şəhərində də geniş etiraz aksiyası ba tutub.

Gunaz.tv

Bu haqda yerli mənbələr məlumat yayıb.

Mənbələrin bildirdiyinə görə, hökumət məmurları və mülki geyimli "Bəsic" üzvləri aksiyanın istiqamətini dəyşmək üçün təxribata əl atıblar.

Belə ki, "Bəsic" üzvləri və hökumətə bağlı başqa bir neçə nəfərdən ibarət qrup, Quranı yandırmağa və etirazçıları məscidlərdən birinə hücum etməyə təhrik etsələr də bu baş tutmayıb.

SEPAH-a bağlı media isə bunu tırajlayaraq, narazıları dini kitaba hörmətsizlikdə ittiham edib.

Qeyd edək ki, bundan əvvəl baş verən etiraz aksiyalarında da, İran hökuməti oxşar təxribatlara əl ataraq etirazlar aksiyalarının istiqamətini dəyişməyə, vətəndaşların dini hissiyyatından su-istifadə etməyə çalışıb.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar