SON XƏBƏRLƏR

Laricani Trampın xəbərdarlığına cavab verdi- Müdaxilə olarsa...

2026.01.02, 14:23
Laricani Trampın xəbərdarlığına cavab verdi- Müdaxilə olarsa...

İran rəhbəri Əli Xaməneinin məsləhətçisi Əli Laricani bildirib ki, ABŞ-nin hazırda ölkədə keçirilən etirazlara müdaxiləsi bütün regionda xaosa səbəb olacaq.

Gunaz.tv

Bu barədə Yaxın Şərq KİV-i məlumat yayıb.

"Tramp başa düşməlidir ki, ABŞ-nin bu daxili məsələyə müdaxiləsi bütün regionun sabitliyinin pozulmasına bərabərdir", - Əli Laricani vurğulayıb.

Laricani bu bəyanatı ABŞ Prezidenti Donald Trampın İran dinc nümayişçilərə qarşı güc tətbiq edərsə, Vaşinqtonun müdaxilə edəcəyi barədə xəbərdarlığından sonra verib.

Qeyd edək ki, İranda ağır iqtisadi vəziyyətlə əlaqədar kütləvi etiraz aksiyaları keçirilir. Məlumatlara görə, təhlükəsizlik qüvvələrinin açdığı atəş nəticəsində 7 etirazçı ölüb, 119 nəfər isə saxlanılıb.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar