SON XƏBƏRLƏR

Təbrizdə milli fəal həbs edilib

2026.01.06, 09:46
Təbrizdə milli fəal həbs edilib

Thlükəsizlik məmurları Təbrizdə yaşayan milli fəal Rəhman Azərmiradı həbs ediblər.

Gunaz.tv

Bu barədə onun yaxınları məlumat verib.

Məlumata görə, yaşadığı evdə həbs olunan fəal Təbrizin təhlükəsizlik təcridxanasına köçürülüb.

Onun həbs səbəbi barədə məlumat verilməyib.

Azərmirad, 2022-ci ilin noyabr ayında da dinc etiraz aksiyasına qoşulduğu üçün həbs edilmişdi.

Qeyd edək ki, bu, son iki gün ərzində Təbrizdə həbs olunan üçüncü milli fəaldır.

Bundan əvvəl Yürüş Mehrəlibəyli və Şəhram Talibinəjad da saxlanılıb.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar