SON XƏBƏRLƏR

İran "İsrail casusu"nu edam etdi

2026.01.07, 10:19
İran "İsrail casusu"nu edam etdi

Bu gün səhər saatlarında İranda İsrailə casusluqda günahlandırılan Əli Ərdestani adlı məhbus edam edilib.

Gunaz.tv

Bu barədə İran mediası mlumat yayıb.

Onun 12 günlük İran-İsrail müharibəsi dövründə cüsusluğa cəlb edildiyi və pul qarşılığında əhəmiyyətli və həssas obyektlərin foto və məlumatlarını İsrailə ötürdüyü iddia olunub.

"Əli Ərdestani Əhməd oğlu, sosial media vasitəsilə Mossad agentləri ilə əlaqədə olmaqla yanaşı, onların İran daxilindəki məmurları ilə də bağlantı qurub",- məlumatda bildirilib.

İnsan haqları təşkilatlarının sözlərinə görə, Əli Ərdestaniyə qarşı irəli sürülən ittiham əsassızdır və o işkəncə altında saxta etiraf verməyə məcbur edilib.

Qeyd edək ki, 12 günlük İran-İsrail qarşıdurmasından sonra İranda minlərlə şəxs həbs edilib, onların bəziləri barəsində "İsrailə casusluq" ittihamı irəli sürülüb.

GünazTV

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar