SON XƏBƏRLƏR

Fars əyalətində iki qaşqayi türkü öldürülüb

2026.01.08, 14:23
Fars əyalətində iki qaşqayi türkü öldürülüb

Ötən gecə İranın Fars əyalətinin Qaimiyyə (Çinar Şahican) şəhərində keçirilən etiraz akiyası zamanı Rüşnabad kəndindən və Qaraçaylı tayfasından olan iki gənc öldürülüb, bir nəfər isə yaralanıb.

Gunaz.tv

Bu haqda yerli qaşqay mənbələr məlumat yayıb.

Onların Qasım Süleymaninin heykəninin dağıdılması və yandırılmasından iştirak edən şəxslər olduğu bildirilib.

Yayılan videoda hökumət məmurlarının etirazçı qaşqaylara qarşı bir başa atəş açdıqları əks olunub.

Qeyd edək ki, İranda keçirilən etiraz aksiyalarında 5-i yeniyetmə və dördü hökumət məmuru olmaqla 38 nəfər həyatını itirib.

 

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar