SON XƏBƏRLƏR

Kürd təşkilatları yenidən Azərbaycana torpaq iddiası irəli sürdülər

2026.01.09, 15:09
Kürd təşkilatları yenidən Azərbaycana torpaq iddiası irəli sürdülər

İranda baş verən etiraz aksiyaları fonunda kürd təşkilatlarının tətil aksiyasına çağırış bəyanatlarında yenidən Azərbaycan torpaqlarına qarşı ərzi iddiaları irəli sürülüb.

Gunaz.tv

Bu, Kürdüstan Demokrat Partiyasının yaydığı bəyanatda da əks olunub.

Partiya çağırış bəyanatında "Makudan Loristana qədər, bir millət, bir ölkə" ifadəsini işlədərək, Qərbi Azərbaycan və Loristan əyalətlərini Kürdüstan torpaqları kimi qələmə verib.

Qeyd edək ki, bundan əvvəl 1979-cu ildə Pəhləvi hakimiyyəti devriləndə də kürd təşkilatları, o cümlədən Kürdüstan Demokrat Partiyası Qərbi Azərbaycan torpaqlarına iddia ilə çıxış edib.

Həmin iddialar nəticəsində xüsusən Sulduz(Nəqədə) şəhərində toqquşmalar baş verib, çox sayda azərbaycanlı qətlə yetirilib.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar