SON XƏBƏRLƏR

Britaniyanın Tehrandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb

2026.01.12, 10:43
Britaniyanın Tehrandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb

Böyük Britaniya Tehrandakı səfiri Hüqo Şorter İran Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Gunaz.tv

Bu barədə "Mehr" agentliyi məlumat yayıb.

Qeyd edilib ki, buna səbəb Londonda keçirilən etiraz aksiyaları zamanı İran səfirliyinin binası üzərində dalğalanan bayrağın dəyişdirilməsi, həmçinin Britaniya XİN-in İrandakı hadisələrlə bağlı yaydığı bəyanat olub. Bildirilib ki, hadisələrlə bağlı İslam Respublikasının etirazları səfirə çatdırılıb.

Xatırladaq ki, yanvarın 10-da İrandakı aksiyalara dəstək məqsədilə Londonda keçirilən nümayişdə səfirlik üzərindəki İran bayrağı etirazçılar tərəfindən inqilabdan əvvəlki bayraqla dəyişdirilib. Daha sonra bu aktı həyata keçirənlərdən ikisi saxlanılıb.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar